AZ

Trampla birgə, İlham Əliyev də, Nikol Paşinyan da Nobel Sülh Mükafatına layiqdirlər


Mən cənab Prezidentimizin və Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsi təklifini alqışlayıram və yüksək qiymətləndirirəm.

Bunu Musavat.com-a, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib. Dipllomat hesab edir ki, Nobel Sülh Mükafatı ABŞ Prezidenti Donald Trampa veriləcəksə, o halda Vaşinqtondakı Sülh Sammitində iştirak edən və sülhməramlı mövqeyini bəyanlayan, imzaları ilə təsdiqləyən hər üç liderə verilməlidir. 


hulusi-kilic.jpg (35 KB)

 

“Kim təklif edirsə, hər üç liderin Nobel mükafatçısı olaraq seçilməsi daha ədalətli olardı. Fikrimcə, bu mükafatı haqq edən həm də cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyandır. Hər iki lider cəsarətlə iki ölkə və region arasında 40 ilə yaxındır davam edən münaqişə və gərginliyə son qoymaq qərarını verdi. Xüsusilə də cənab Prezident Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılması və Ukraynaya humanitar yardımın göstərilməsi üçün çalışır. Həmçinin Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan yeni hökumətə də əhəmiyyətli dəstək verdi. Eyni zamanda Azərbaycan bu yaxınlarda Kilis üzərindən Suriyaya qaz tədarük edərək Suriyanın kritik ehtiyaclarını qarşıladı. Cənab Prezident həmçinin ehtiyacı olan bir çox Afrika ölkəsinə yardımlar etdi. Bundan əlavə, pandemiya zamanı bir çox Afrika ölkələrinə göstərdiyi peyvənd yardımına görə də böyük diqqətə layiqdir. Üstəlik, Yeni Kaledoniyada bəzi ada icmalarının səsini dünyaya duyurdu və onların hüquqlarına nail olmaq üçün yeni üfüqlər açdı”.

Hulusi Kılıç əlavə edib ki, N.Paşinyan ölkəsindəki müxalifətin, diasporanın və kilsənin mövqeyinə baxmayaraq, sülh qərarını verdi: “Məncə, Trampla birgə, Ali Baş Komandan İlham Əliyev də, Nikol Paşinyan da Nobel Sülh Mükafatına layiqdirlər”.

 

E.Paşasoy,


Seçilən
8
nuh.az

1Mənbələr