AZ

Aleksandar Vuçiç ABŞ və Rusiya prezidentlərinin görüşünü şərh edib

Belqrad, 11 avqust, AZƏRTAC

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə avqustun 15-i Alyaskada keçirəcəyi görüşə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç görüşün çox mühüm olduğunu və hər kəsin Ukraynada sülhün bərqərar olmasını dəstəklədiyini bildirib.

“Mən bunun münaqişəyə son qoyacağına əmin deyiləm, amma düşünürəm ki, bu, çox vacib görüşdür. Biz hamımız Ukraynada sülhün tərəfdarıyıq. Onlara uğurlu görüş arzulayıram. Görüşün nəticələrinin hamımızı sevindirəcəyinə və sülhə nail olacağımıza ümidvaram”, - deyə Serbiya Prezidenti qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

 

Seçilən
21
4
azertag.az

5Mənbələr