AZ

Almaniyada günəş enerjisi ilə bağlı subsidiyalar azaldıla bilər

Azertag saytına istinadən ain.az xəbər verir.

Berlin, 11 avqust, AZƏRTAC

Almaniyanın federal iqtisadiyyat naziri Katerina Rayxe şəxsi evlərdə günəş enerjisi qurğuları üçün dövlət subsidiyalarının yenidən nəzərdən keçirilməsini təklif edib.

AZƏRTAC xəbər verir ki, nazir “Augsburger Allgemeine” qəzetinə müsahibəsində kiçikhəcmli yeni günəş panellərinin artıq bazar şərtlərində sərfəli hesab olunduğunu və əlavə maliyyə dəstəyinə ehtiyac qalmadığını bildirib. Onun sözlərinə görə, son illərdə həm günəş panellərinin, həm də enerji saxlama sistemlərinin qiymətləri xeyli ucuzlaşıb.

Mövcud qurğular üçün enerjiötürmə tariflərinə toxunulmayacağını vurğulayan K.Rayxe bu sahədə fəaliyyət göstərənlərin mövcud hüquqlarının qorunacağını qeyd edib.

Hazırkı qaydalara əsasən, damında günəş enerjisi istehsal edib şəbəkəyə ötürən hər bir ev sahibi 20 il müddətinə sabit tariflə ödəniş alır. Tarifin məbləği qurğunun gücü, ötürmə növü və istismara verilmə tarixinə görə dəyişir.

Katerina Rayxe, həmçinin bildirib ki, günəş panellərinin enerji saxlama sistemləri ilə inteqrasiya olunması, bazarda birbaşa satış imkanlarından istifadə etməsi və şəbəkə yüklənməsinin azaldılması vacibdir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
29
azertag.az

10Mənbələr