AZ

Tramp Putindən nə istəyir? -DETALLAR

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə 15 avqustda Alyaskada keçirəcəyi görüş müharibəyə son qoyacaq razılaşmaya yol aça bilər, lakin bunun üçün Vaşinqton aydın və sərt şərtlər irəli sürməlidir. Bu barədə The Washington Post qəzetində dərc olunan məqalədə bildirilir.

Nəşr yazır ki, əgər Tramp Putinin niyyətlərinə qarşı son zamanlar sərgilədiyi ehtiyatlı yanaşmanı qoruyub saxlayarsa, hətta ərazi güzəştlərini nəzərdə tutan sülh də real görünə bilər:

“Putin – iti dişli və caynaqlı bir vəhşidir, onunla da buna uyğun davranmaq lazımdır. Hər növbəti addım son dərəcə ehtiyatla atılmalıdır.”

Tramp danışıqlarda necə davranmalıdır?
WP-nin məlumatına görə, Putin danışıqlarda Ukraynanın hələ də nəzarətində saxladığı Donetsk vilayətinin bəzi ərazilərindən birtərəfli qaydada çıxmasını tələb edəcək. Əvəzində isə atəşkəs təklif olunacaq.

Buna cavab olaraq Tramp, Avropalı müttəfiqlərin mövqeyinə əsaslanaraq, qarşılıqlı ərazi mübadiləsi üçün əvvəlcə Rusiyanın atəşkəsə razılaşmasını ilkin şərt kimi irəli sürməlidir.

“Bu halda Donetskin qalan hissəsinin Ukraynanın nəzarətində olan bölgələri ilə, məsələn, Rusiya tərəfindən işğal olunmuş Zaporojye və Xersonun bəzi hissələri ilə mübadiləsi nəzərdən keçirilə bilər”, – deyə qəzet yazır.

Təhlükəsizlik təminatları və NATO məsələsi
WP qeyd edir ki, Tramp və onun mümkün vitse-prezidenti C.D. Vens hakimiyyətdə olduğu müddətdə Ukraynanın NATO-ya üzvlüyü gündəmdə olmayacaq. Bunun əvəzinə Ukrayna “Avropanın şərq cinahında daimi hərbi mövcudluq” olan bir dövlətə çevrilməlidir.

“Ukrayna, Qərb silahları ilə silahlanmış və istənilən gələcək rus təhdidinə cavab vermək gücündə olan, metaforik deyilsə də, bir dikobraza çevrilməlidir.”

Zelenskinin iştirakı və Avropanın narahatlığı
Məqalədə vurğulanır ki, istənilən razılaşmanın yerinə yetirilməsi üçün Ukraynanın və xüsusilə də xalqın dəstəyi vacibdir. İdealda, Vladimir Zelenski Alyaskadakı sammitə dəvət olunmalıdır – bu, hazırda az ehtimal edilsə də, mümkündür.

Bu arada NATO baş katibi Mark Rutte görüşün Putinin sülh niyyətlərinin səmimiliyinə “test” olacağını bildirib. Almaniya kansleri Fridrix Mers isə Avropa və Ukraynanın iştirakı olmadan ərazi məsələlərinin müzakirəsini qəbuledilməz adlandırıb.

The Times isə yazır ki, Avropa Ukraynaya siyasi və diplomatik dəstəyi davam etdirsə də, nə sülh razılaşması şərtlərinin müəyyən olunmasında, nə də atəşkəsin icrasının təmin edilməsində həlledici gücə malik deyil.

Seçilən
12
36
veteninfo.az

10Mənbələr