AZ

Beyləqanda yol infrastrukturu yenilənir - FOTO

Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə abadlıq-quruculuq tədbirləri çərçivəsində küçələrin asfaltlanması işləri sistemli şəkildə davam etdirilir.

Avtosfer.az xəbər verir ki, müvafiq texnika və canlı qüvvə cəlb olunmaqla Beyləqan şəhəri Rövşən Axundov 2 küçəsində uzunluğu 1030 m olan yolda yeni asfalt örtüyünün salınması artıq yekunlaşdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair tapşırıqlarına uyğun olaraq, rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə həyata keçiriləcək.

 







Seçilən
77
2
avtosfer.az

3Mənbələr