AZ

Pezeşkian jurnalistlə Azərbaycan dilində zarafat etdi – VİDEO

İran Prezidenti Məsud Pezeşkianın İranda jurnalistika günündə mətbuat işçiləri ilə görüşündə maraqlı an yaşanıb.

Turkustan.az bildirir ki, “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.

Belə ki, jurnalistlərdən biri ona yaxınlaşaraq – “bu dəfə jurnalist siz olun, müxbirlərə siz sual verin”, – deyib.

M.Pezeşkian isə gülümsəyərək cavab verib: “Sual soruşum? Qarşımda mikrofon var da, əlavə mikrofonu nə edirəm?” – deyə ona mikrofon uzadan jurnalistə bildirib.

Bu zarafatlı cavab sosial şəbəkələrdə maraqla qarşılanıb və jurnalistlər arasında gülüşə səbəb olub.

Seçilən
46
30
turkustan.az

10Mənbələr