Yeni Zelandiya sentyabrda Fələstin dövlətini tanımaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.
"Nəticədə Yeni Zelandiyanın müstəqil xarici siyasəti var və bu məsələdə biz diqqətlə nəzərdən keçirmək və sonra Yeni Zelandiyanın prinsiplərinə, dəyərlərinə və milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyik", - o deyib.
Qeyd olunur ki, Yeni Zelandiya Nazirlər Kabineti Fələstin ərazisində yaşaya bilən dövlətin yaradılması imkanlarını müzakirə edəcək. Petersin fikrincə, bu məsələyə sakit və diqqətlə yanaşmaq vacibdir.
Bunun fonunda daha bir ölkə - Avstraliya da sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.
Gülayə Mecid