AZ

Tramp-Putin görüşünün keçiriləcəyi bölgə ilə bağlı Rusiyadan iddia: Xəritə yaydılar

BAKI, 11 avqust. TELEQRAF

“Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüş sülh gətirəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sosial media hesabında yazıb.

“Neokonservatorlar və müharibə qızışdırıcıları 2025-ci il avqustun 15-də gülümsəməyəcək. Putin və Tramp arasında dialoq ümid, sülh və qlobal təhlükəsizlik gətirəcək”, - ölkə rəsmisi bildirib.

Dmitriyev həmçinin Alyaskadakı görüşün simvolizminə işarə edən paylaşım da edib. O bildirib ki, bu ərazi tarixən Rusiya ilə ABŞ-ni birləşdirir. Putinin xüsusi nümayəndəsi 1860-cı ilə aid xəritəni dərc edib və onun üzərində Alyaska “Rusiya Amerikası” adlandırılıb.

Dmitriyev ABŞ Xəzinədarlığının 1867-ci ildən Alyaskanın alınması üçün 7,2 milyon dollarlıq sifarişini və Rusiya elçisi Eduard de Stekl tərəfindən imzalanmış qəbzi göstərib.

Putinin ekçisi bununla da kifayətlənməyib, Alyaskanın vaxtilə Rusiyaya aid olduğuna işarə etmək üçün ştatdakı rus kilsələrinin fotolarını da dərc edib.

Seçilən
42
50
teleqraf.com

10Mənbələr