AZ

İsveçrə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı sülh yolunda mühüm addım kimi qiymətləndirir

Bakı. Trend:

İsveçrə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldəolunan razılaşmanı sülh yolunda mühüm addım adlandırıb.

Trend xəbər verir ki, bubarədə İsveçrə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabındapaylaşım edib.

"İndi razılaşdırılmış addımların operativ şəkildə həyatakeçirilməsi əsas əhəmiyyət kəsb edir. İsveçrə regionda sülh vəsabitliyi təşviq etmək üçün normallaşma prosesini dəstəkləməyədavam edəcək", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Seçilən
0
2
az.trend.az

10Mənbələr