AZ

Rusiya Kamçatkada pilotsuz uçuş aparatları mərkəzi açdı

BAKI, 11 avqust. TELEQRAF

Rusiyanın Hərbi Dəniz Donanması Kamçatka bölgəsində ilk "Pilotsuz Uçuş Aparatları İdarəetmə Mərkəzi"ni istifadəyə verib.

Teleqraf xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb.

Bildirilir ki, bu mərkəz "Forpost" və "Orion" tipli kəşfiyyat və zərbə dronlarının idarə olunması üçün əsas baza olacaq.

Dronlar Şimal dəniz yolu boyunca ərazilərə 24 saat nəzarət edəcək və atom sualtı qayıqlarının yerləşdiyi strateji bazanın təhlükəsizliyini gücləndirəcək.

Seçilən
55
50
teleqraf.com

10Mənbələr