AZ

Balıkesirdə zəlzələdən sonra 237 afterşok qeydə alınıb

Bakı. Trend:

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6.1 balgücündə zəlzələdən sonra 237 afterşok qeydə alınıb.

Trend xəbər verir ki, bubarədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD)bildirib.

Məlumata görə, onların bir neçəsinin gücü 4 baldan yuxarı olub.16 bina dağılıb, 68 məhəllə zərər çəkib. Dağıntılar altındançıxarılan 81 yaşlı Nihat Önbaş həyatını itirib.

Ümumilikdə 52 nəfər xəsarət alıb, onlardan 11 nəfərin müalicəsidavam edir.

Qeyd edək ki, avqustun 10-da axşam saatlarında TürkiyəninBalıkesir vilayətinin Sındırqı rayonunda zəlzələ baş verib.Zəlzələnin maqnitudası 6.1 bal, dərinliyi isə 11 km olub. Təkanlarİstanbul da daxil olmaqla Mərmərə və Egey bölgələrində bir çoxşəhərdə hiss olunub.

Məqalədə:
Seçilən
41
5
az.trend.az

6Mənbələr