AZ

Qusar sakini qaynını və onun xanımını baltalayıb, biri ölüb, digəri xəsarət alıb

Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar rayon sakini 67 yaşlı Əlibəyov Vəkil Saday oğlu qaynı 57 yaşlı Ömərov Şirin Şəmsəddin oğlunu balta ilə qətlə yetirib daha sonra isə 49 yaşlı Şəlalə Ömərovaya xəsarət yetirib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
39
8
report.az

10Mənbələr