AZ

Qusar sakini qeyri-rəsmi nikahda olduğu xanımı və onun qardaşını baltalayıb

Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub. SİA-nın məlumatına görə, 67 yaşlı Qusar rayon sakini Vəkil Saday oğlu Əlibəyov vətəndaş nikahında olduğu 49 yaşlı Şəlalə Ömərovanı və onun qardaşı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu baltalayıb.

Nəticədə Ş.Ömərov ölüb, Ş.Ömərova isə xəsarət alıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
4
sia.az

10Mənbələr