AZ

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 27 mindən çox şəxs qəbul edilib

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergiödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 27.552 şəxsqəbul edilib.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbərverir.

Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi vəinzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergiuçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s.məsələlərlə bağlı 37.784 xidmət göstərilib ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə 13,1 faiz çoxdur.

Qeyd eidlib ki, ümumi xidmətlərin 86 faizini 9 xidmət növü(şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisnaolmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrininhesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosialsığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzinverilməsi;

Asanİmza sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılanəməliyyatlar.

"Yanvar-iyul aylarında vergi ödəyicilərinə 662.075məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub)göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 69 görüş keçirilib,277 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.082 müraciətüzrə 3.700 Asan İmza sertifikatı verilib", - məlumatdabildirilib.

Məqalədə:
Seçilən
7
6
az.trend.az

10Mənbələr