AZ

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 27 mindən çox şəxs qəbul edilib

Naxçıvan, 11 avqust, AZƏRTAC

Cari il yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 27 min 552 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 37 min 784 xidmət göstərilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.

Ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Bu ilin yanvar-iyul aylarında vergi ödəyicilərinə 662 min 75 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 69 görüş keçirilib, 277 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2082 müraciət üzrə 3700 Asan İmza sertifikatı verilib.

Seçilən
6
2
azertag.az

4Mənbələr