Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti əks etdirmir.
Bu barədə Sherg.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində Abituriyent 4 jurnalında nəşr olunub.
Xatırladaq ki, bəzi media orqanlarında bir sıra universitetə rus dilində qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılıb.