AZ

Ukrayna Ali Radası: Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq

Ukrayna növbəti humanitar yardımın göstərilməsinə görə Azərbaycana təşəkkürünü bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk “X” hesabında yazıb.

"Biz Ukraynaya davamlı humanitar dəstəyinə görə Azərbaycana minnətdarıq", - o bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 2 milyon dollar məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.

Seçilən
96
8
operativmm.az

8Mənbələr