Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Ankara məktəbi" məktəb-liseyinin direktoru işdən çıxarılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bildirilib.
Məlumatda qeyd olunub ki, Səmayə Eynullayevanın çalışmanın yaş həddi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.