AZ

Türkiyədə zəlzələ bölgəsinə ilkin yardım üçün vəsait ayrıldı

Bakı. Trend:

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 balgücündə baş verən zəlzələdən sonra bölgədə 237 afterşok qeydəalınıb. Onlardan 10-nun maqnitudası 4 baldan çox olub.

Trend xəbər verir ki, bubarədə ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələdən sonrakıvəziyyətlə bağlı mətbuata açıqlama verib.

O, zəlzələ bölgəsinə təcili xərclərin ödənilməsi üçün ilkinolaraq 20 milyon lirə ayrıldığını, evini itirən vətəndaşlardan ötrüqısa vaxt ərzində konteynerlərin quraşdırılacağını bəyan edib.

"Şəhər mərkəzi və iki kənddə ümumilikdə 16 tikili dağılıb,onlardan 4-də yaşayış olub. Axtarış-xilasetmə işlərinə 1100nəfərdən ibarət canlı qüvvə, 11 axtarış iti və 214 texnika cəlbolunub", - nazir əlavə edib.

Qeyd edək ki, avqustun 10-da axşam saatlarında TürkiyəninBalıkesir vilayətinin Sındırqı rayonunda zəlzələ baş verib.Zəlzələnin maqnitudası 6.1 bal, dərinliyi isə 11 km olub. Təkanlarİstanbul da daxil olmaqla Mərmərə və Egey bölgələrində bir çoxşəhərdə hiss olunub.

Məqalədə:
Seçilən
13
4
az.trend.az

5Mənbələr