AZ

ALYASKA GÖRÜŞÜNDƏ ZELENSKİ DƏ OLA BİLƏR » AzadMedia.az

ALYASKA

Avropa İttifaqı və Qoca qitənin aparıcı dövlətlərinin liderləri bazar günü bir daha vurğulayıblar ki, ABŞ və Rusiya arasında aparılacaq danışıqlarda Kiyev də iştirak etməlidir.

NATO yanında ABŞ səfiri Metyu Uitaker bazar günü bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa ölkələrinin tələbinə uyğun olaraq, cümə günü Alyaskada Donald Tramp və Vladimir Putin arasında keçiriləcək sammitdə iştirak edə bilər.

“Bəli, mənim heç bir şübhəm yoxdur ki, bu mümkündür”, – deyə Atlantik Alyansı yanında ABŞ diplomatı CNN telekanalına müsahibəsində cavab verib. O qeyd edib ki, 15 avqustda Alyaskada keçiriləcək görüşdə ABŞ və Rusiya liderləri ilə yanaşı Ukrayna prezidentinin də iştirak etməsi ehtimalı var. “Əgər bütün tərəflərin razılığı olmayacaqsa, heç bir razılaşma əldə edilə bilməz. Və, əlbəttə ki, əsas prioritet müharibəyə son qoymaqdır”, – deyə Uitaker bildirib.

Nəticədə isə qərarı Donald Tramp verəcək. ABŞ səfirinin sözlərinə görə, “əgər o, Zelenskini dəvət etməyin ən yaxşı ssenari olduğuna inanarsa, bunu edəcək”. Lakin o əlavə edib ki, “hələlik heç bir qərar qəbul edilməyib”.

Ukrayna lideri Zelenski isə sammitdə iştirak etməyəcəyi ehtimal olunduğu halda, xüsusilə Fransa, Almaniya və Birləşmiş Krallıq kimi danışıqlardan kənarda qalan Avropa müttəfiqlərinə vahid mövqe formalaşdırmaq çağırışı edib. Bu məqsədlə bazar ertəsi Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri ilə Ukraynanın xarici işlər nazirinin iştirakı ilə “fövqəladə” videokonfrans keçiriləcək.

Seçilən
22
34
azadmedia.az

10Mənbələr