AZ

“Qarabağ”ın yeni transferi komandaya nə vaxt QOŞULACAQ?

“Qarabağ”ın yeni transferi Joni Montiel fərdi məşqlərini davam etdirir. 

Bizim.Media xəbər verir ki, ispaniyalı hələ ki kollektivlə məşqlərə qoşulmayıb.

Lakin futbolçunun bu həftə artıq kollektivlə məşqlərə başlayacağı gözlənilir. 

26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şkendiya” ilə cavab görüşündən sonra avrokuboklar üçün UEFA-nın sifariş ərizəsinə daxil ediləcək. 
 

Qeyd edək ki, Montiellə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək. 26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib.


Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
27
50
bizim.media

10Mənbələr