AZ

“Qarabağ”a qol vuran futbolçu Türkiyə klubu ilə ANLAŞDI

“Şkendiya”nın futbolçusu Fabris Tamba özünə yeni komanda tapıb. 

Bizim.Media xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la görüşlərində effektiv performans göstərən və Qurban Qurbanovun diqqətini cəlb etdiyi iddia olunan seneqallı Türkiyədə oynayacaq.

O, 1-ci liqada mübarizə aparan “Amedspor”la anlaşıb. Tamba Bakıda keçirilmiş "Qarabağ" - "Şkendiya"(5:1) görüşündə komandasının yeganə qolunu vurmuşdu.

Qeyd edək ki, Tamba karyerası ərzində  “Sportinq Kovilya”, “Beyra-Mar”, “Braqa”B, “Şkupi” klublarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
60
35
bizim.media

10Mənbələr