AZ

GAMAC Vaşinqtondakı tarixi görüşlə bağlı bəyanat yaydı

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Prezident İlham Əliyevin Vaşinqtondakı diplomatik zəfəri münasibətilə təbrik bəyanatı yayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

Bu səfər və imzalanan sənədlər, Azərbaycan Respublikasının beynəlxalq siyasətdə nüfuzunun və gücünün daha da artmasının parlaq göstəricisidir. Prezident İlham Əliyevin strateji diplomatiyası, dərin siyasi baxışı və qətiyyəti sayəsində ölkəmiz dünya səviyyəsində hörmət və etimad qazandı. Vaşinqtondakı bu tarixi görüş Azərbaycan dövlətinin sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirdi.

Bu diplomatik uğur, Güclü Azərbaycan quruculuğu yolunda, ikinci Qarabağ savaşında əldə edilən tarixi qələbədən sonra reallaşan ən mühüm hadisələrdən biridir. Əminik ki, bu zəfərlər milli birliyimizin möhkəmlənməsinə, regionda dayanıqlı inkişafın təmin olunmasına möhkəm əsas yaradacaq, eyni zamanda Güclü Azərbaycanın bütün proseslərdə təsir imkanlarını artıraraq daha uğurlu gələcəyi hədəfləməsinə xidmət edəcəkdir.

Seçilən
76
2
publika.az

3Mənbələr