AZ

Gəncədə üç nəfər bıçaqlandı İranəsilli şəxs TUTULDU

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhərində 3 nəfər bıçaqlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov, 2001-ci il təvəllüdlü Röyal Rüstəmov və qardaşı Rahib Rüstəmov bıçaqlanıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əslən iranlı olan Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Fərmənd Cənaqərd Məhəmməd Cavad Əziz Şəmkir rayonu ərazisində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
oxu.az

1Mənbələr