Bu ilin birinci yarımilində Azərbaycanın dövlət borcu 25 milyard 695 milyon manat təşkil edib. Bu da ümumi daxili məhsulun 19,6%-i deməkdir.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə büdcədən dövlət borcuna xidmət xərcləri 1 milyard 27 milyon manat olub.
Daxili dövlət borcu üzrə 328 milyon manat, xarici borc üzrə 698,8 milyon manat ödənilib. Xarici borc üzrə ödənilən 698,8 milyon manatın 200 milyon manatı fazilər üzrə hesablanan məbləğ təşkil edib.