AZ

Sumqayıt Apellyasiya Məhkəməsinin eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı: 6 ay elektron QOLBAQ TAXACAQ


Qalmaqallı  keçmiş  vəkil   Sevil Hacıyeva   barəsində daha  bir  məhkəmə qərarı.  

 

NUH.az-a  daxil  olan məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası   08.07.2025-ci il tarixdə təqsirləndirilən  şəxs Hacıyeva Sevil Balasoltan qızı, zərərçəkmiş şəxs Bahadırov İmran Soltanmahmud oğlunun, zərərçəkmiş şəxs İmamverdiyev İsmət Tahir oğlunun  iştirakı ilə,

Hacıyeva Sevil Balasoltan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs  Hacıyeva Sevil Balasoltan qızı, zərərçəkmiş şəxslər Bahadırov İmran Soltanmahmud oğlu

və İmamverdiyev İsmət Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt  Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Qərara aldı:


Hacıyeva Sevil  Balasoltan qızı İmamverdiyev İsmət Tahir oğluna qarşı törətdiyi əməl üzrə CM-nin 128-ci

maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına  məhkum edilsin. Qalan hissədə hökm dəyişdirilmədən saxlanılsın.

Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq  Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti  verilə bilər.

Redaksiyadan:

Vəkillər Kollegiyasının  İntizam  Komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində Sevil Hacıyevanın əməllərində  pozuntular müəyyən edilib və  məhkəmənin qərarı ilə 2021-ci ildə  Sevil Hacıyevanın vəkillik  fəaliyyətinə xitam verilib.


Seçilən
70
2
nuh.az

4Mənbələr