AZ

20 il əvvəl qətl törədən azərbaycanlı TUTULDU

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Sankt-Peterburq şəhərinin cinayət-axtarış xidməti 2005-ci ildə bir kişinin ölümü işi üzrə Azərbaycan vətəndaşını saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, həmin şəxs avqustun 10-da Xudojnikov prospektində tutulub. Əməliyyat məlumatlarında 48 yaşlı, soyadı Məmmədov olan Azərbaycan vətəndaşı barədə məlumat yer alıb.

Qeyd edilib ki, o, 2006-cı ildən federal axtarışdadır. İstintaqın versiyasına görə, 2005-ci ilin aprelində Məmmədov və tanışı Sankt-Peterburqda Moskva-Sortirovoçnaya küçəsində yerləşən yataqxana ərazisində mübahisə ediblər. Nəticədə, əsəbi azərbaycanlı rəqibini bud nahiyəsindən bıçaqla vurub. Zərərçəkmiş xəstəxanada həyatını itirib.

Məmmədov 20 il əvvəl istintaqı başladan şöbəyə aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
lent.az

2Mənbələr