News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şotlandiyanın şimalında yerləşən iki Orkney adası - Vestray və Papa Vestray arasında olan uçuş dünyanın ən qısa planlı sərnişin uçuşudur. Rəsmi olaraq 90 saniyə planlanıb, amma şərait yaxşı olanda uçuş cəmi 53 saniyə çəkir. Uçuş məsafəsi yalnız 2.7 kilometrdir.
News24.az xəbər verir ki, 1967-ci ildən bəri "Loganair" aviaşirkəti tərəfindən həyata keçirilən bu marşrut bölgə sakinlərinin məktəbə, həkimə və digər vacib yerlərə çatması üçün dövlət tərəfindən dəstəklənir. Uçuşlarda 8 sərnişin tutumu olan "Britten-Norman Islander" təyyarəsi istifadə olunur. Turistlər və aviasiya həvəskarları üçün də unikal təcrübə sayılır.
Gələcəkdə adalararası körpü və ya tunel layihələri müzakirə olunub, lakin hələlik uçuşlar davam edir və yerli sakinlər üçün vacib nəqliyyat vasitəsidir.
Xeyrənsə Piriyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.