AZ

Beyninizi gücləndirən sirr açıldı Ən asan yolla dəyişin

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynin bütün hissələrini tam şəkildə istifadə etmək hələ də elmi fantastika kimi səslənə bilər. Amma bu, zehinimizin və bədənimizin bütün potensialını gerçəkləşdirməmizə mane olmamalıdır.

Yenisabah.az xəbər verir ki, texnologiya və elm arzuladığımızı bizim yerimizə reallaşdıracaq deyə gözləmək yerinə, biz özümüz üzərində işləyə bilərik. Beynimiz, əzələ kimi məşq etdirə biləcəyimiz mürəkkəb və heyrətamiz bir orqandır. Onu inkişaf etdirərək təkcə karyera və şəxsi həyatımızda irəliləmirik, həm də müxtəlif xəstəliklərdən qorunuruq.

"Massachusetts General Hospital" tədqiqatçıları “super yaşlılar” adlandırdıqları, 20 yaşlarının ortalarında olan insanların beyin gücünə sahib 65 yaşdan yuxarı şəxslər üzərində araşdırma aparıblar. Tədqiqatın müəlliflərindən Lisa Feldman Barrett “New York Times”a bildirib ki, məqsəd “super yaşlılar” ilə eyni yaşdakı normal insanların beyinləri arasında fərq olub-olmadığını müəyyənləşdirmək idi. Dominos pizza

Əgər fövqəladə performans istəyirsinizsə, beyninizin müəyyən sahələrini məşq etdirməlisiniz.

Tədqiqatçılar fərq tapıblar: 

Normal insanlarda rast gəlinməyən bu fərq “super yaşlıların” beyninin bəzi bölgələrinin daha qalın olmasıdır. Lakin bu qalınlaşma, beyin bulmacaları ilə məşq etdiyimiz yanal prefrontal korteks kimi kognitiv proseslərdən məsul sahələrdə deyil, daha çox güclü duyğularla əlaqəli anti singular korteks və insular korteksdə müşahidə olunub.

Təəssüf ki, bu o demək deyil ki, kədərli və dramatik film izləməklə beyninizi inkişaf etdirə bilərsiniz. Üzərində çox çalışmalısınız. Beyninizi və zehininizi gücləndirmək istəyirsinizsə, bir vərdişinizdən imtina etməyə hazır olun.

Həmçinin komfort zonalarınızı tərk etməlisiniz. Uğur burada hər zaman yeni çətinlikləri qəbul edə bilməyi tələb edir. Bu çətinliklər o qədər əhəmiyyətli olmalıdır ki, başlarda pis hiss etdirsin. Siz məyus, yorğun və həm fiziki, həm də zehni sərhədlərinizi zorlayacaq vəziyyətdə olmalısınız.

Bu mövzunu mükəmməl ifadə edən bir deyim var:

“Ağrı, bədəndən çıxan zəiflikdir”

Sərf etdiyiniz zəhmətin və əziyyətin narahat hissələri gələcəkdə müsbət nəticələrə çevriləcək: 

Daha çox intizam, daha yaxşı uyğunlaşma və daha güclü beyin.

Bu, “sizə rahat gələn heç nəyə razı olmayın” deməkdir. Sudoku kimi əyləncəli tapmacalar sizi “super yaşlı” etməyəcək. Yeni dil öyrənin, musiqi aləti çalmağa başlayın, marafona hazırlaşın və ya onlayn kurslara qatılın. Səhnədə mahnı oxumağı, aktyorluq və ya rəqs etməyi öyrənin. Feldman Barrettin bildirib ki, “İşlər çətinləşdikdə imtina etməyin. Ağrını hiss edənə qədər davam edin. Mütləq mükafatlandırılacaqsınız.”

Aydan Hacı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
yenisabah.az

2Mənbələr