AZ

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatdı - YENİLƏNİB

Ağdam rayon Dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
 
Moderator.az-ın xəbərinə görə, 19 ailə olmaqla 62 nəfər artıq öz dədə baba torpağına Xanyurdu kəndində çatıb.
 
Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim ediləcək.
 
14:14
 
Xocalının rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb.
 
Moderator.az xəbər verir ki, rayonun Xanyurdu kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Bu mərhələdə Xanyurdu kəndinə 19 ailə (62 nəfər) köçürülür.
 
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Seçilən
56
20
moderator.az

10Mənbələr