AZ

Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini işğal edib

Rusiyanın “Mərkəz” qüvvələr qrupunun bölmələri Ukraynanın Donetsk vilayətinin Lunaçarskoye qəsəbəsini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə avqustun 11-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Fəal hərəkətlər nəticəsində “Mərkəz” qüvvələri qrupunun bölmələri 2Donetsk Xalq Respublikas"ının Lunaçarskoye qəsəbəsinin "azad edilməsi"ni başa çatdırıb”, - deyə idarədən bildirilib.

Bundan əlavə, məlumatda Ukrayna Silahlı Qüvvələrinin bölmələri, o cümlədən iki dəniz piyada briqadası və Milli Qvardiya və bir ərazi müdafiəsi, həmçinin iki hücum alayının məğlub edildiyi deyilir..

"Ukrayna silahlı qüvvələrinin itkiləri 410-a qədər hərbçi, beş döyüş zirehli texnikası, 11 avtomobil, beş səhra artilleriya silahı və bir elektron müharibə (EW) stansiyasıdır", - məlumatda iddia edilir.

QAZİLER.AZ

Seçilən
29
42
qaziler.az

10Mənbələr