AZ

Danışıqlar uğursuz olsa, Tramp Putini belə cəzalandıracaq

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının həlli prosesində uğursuzluq baş verəcəyi təqdirdə, Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyaların tətbiqindən imtina etməyəcək.

Bakupost.az xəbər verir ki, bunu “NBC News” telekanalının efirində amerikalı senator Lindsi Qrehem bildirib.

O, Rusiya liderinin sanksiyalara əhəmiyyət vermədiyindən əmin olduğunu söyləyib. Bununla belə, konqresmenin fikrincə, Vladimir Putin ABŞ-ın Rusiyadan neft alan ölkələrə qarşı məhdudiyyətlər tətbiq etməsinə dözə bilməyəcək.

“Bizim bütün məqsədimiz onun (Putinin- red) müştərilərini - Hindistanı, Çini, Braziliyanı sarsıtmaqdır. Bu, yeni strategiyadır. Əgər biz bu müharibəyə son qoya bilməsək, Tramp Putinin alıcılarını cəzalandırmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır”, - deyə Qrehem vurğulayıb.

Lalə,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
50
www.bakupost.az

10Mənbələr