AZ

ABŞ hökuməti Vaşinqtona yüzlərlə Milli Qvardiyanın döyüşçüsünü yerləşdirə bilər

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ lideri Donald Trampın administrasiyası ABŞ Milli Qvardiyasının bir neçə yüz döyüşçünü ölkə paytaxtına göndərmək imkanını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, Tramp hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.

Mənbə onu da əlavə edib ki, Vaşinqtona göndəriləcək Milli Qvardiya döyüşçülərinin sayı, eləcə də onların yerinə yetirəcəkləri vəzifələr hələ də müzakirə olunur.

Agentliyin digər həmsöhbəti qeyd edib ki, döyüşçülərdən həm federal qurumların əməkdaşlarını qorumaq, həm də hüquq-mühafizə orqanlarını müvəqqəti olaraq bu işdən azad etmək üçün inzibati tapşırıqları yerinə yetirmək üçün istifadə oluna bilər.

Bundan əvvəl Tramp Vaşinqtonun küçələrini evsiz insanlardan təmizləmək niyyətində olduğunu açıqlamışyıb. Onun sözlərinə görə, Ağ Ev onları yaşayış yerləri ilə təmin edəcək, lakin paytaxtdan uzaqdadır. Bundan əlavə, Amerika lideri şəhərdə cinayətkarlıqla mübarizə üçün tədbirlər görəcəyini vəd edib.

“The Washington Post”un xəbərinə görə, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) cinayətkarlıqla mübarizədə Vaşinqton polisinə kömək etmək üçün 120-yə qədər əməkdaşını göndərib. Nəşr qeyd edib ki, əks-kəşfiyyat agentləri və FTB-nin antikorrupsiya bölməsinin əməkdaşları da bu cür işlərə cəlb olunur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
50
icma.az

10Mənbələr