ain.az bildirir, Mia.az portalına istinadən.
İsrail Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ikisi Əl-Cəzirə müxbiri də daxil olmaqla beş jurnalist həlak olub.
Qəzzadakı Media Ofisindən bildirilib ki, Əl-Cəzirə müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Quraykanın da olduğu 5 jurnalistin Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadıra zərbə nəticəsində həyatları ilə vidalaşıblar: "Onlarla yanaşı, fotojurnalistlər İbrahim Zahir, Mumin Alive və Məhəmməd Nəvfəlin də həlak olublar, çoxlu sayda jurnalist isə yaralanıblar"
Media Ofisi bildirib ki, bununla da Qəzzada öldürülən jurnalistlərin sayı 237-yə çatıb.
Tahir Şəlvəli
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.