AZ

“Rusiya bunu davam etdirsə, Bakı Ukraynaya qoyulan embarqonu götürə bilər”

“Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya öz arsenalında olan silah-sursat tədarükünə qoyulan embarqonun ləğv edilməsi məsələsini nəzərdən keçirməyə başlayacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Caliber.Az” etibarlı mənbələrə istinadən yayıb. 

Sayt yazır ki, Rusiya Silahlı Qüvvələri Azərbaycanın Ukrayna ərazisində yerləşən enerji obyektlərinə ardıcıl olaraq zərbələr endirməyə başlayıb:

“Bu vəziyyət Bakını cavab tədbirləri görməyə vadar edir. Bütün bunlar ikitərəfli münasibətlərdə böhranın daha da dərinləşməsinə gətirib çıxaracaq”.
 

Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə Rusiya ordusu SOCAR şirkətinin Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına hücum ediblər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub.


Bununla yanaşı, şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bu, son həftələr ərzində Ukraynada Azərbaycanla əlaqəli obyektlərə artıq ikinci hücumdur. Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.

Bizim.Media

Seçilən
32
7
bizim.media

10Mənbələr