AZ

"Zirə" - "Araz-Naxçıvan" matçının vaxtı dəyişdirildi

Premyer-liqanın 1-ci turunda keçiriləcək "Zirə" - "Araz-Naxçıvan” oyununun vaxtı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı Muxtar Respublika təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib.

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya" ilə keçiriləcək görüşdən sonra komanda Vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq.

Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” ilə 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının 19 avqust saat 20.00-da Zirə İdman Kompleksinin stadionunda start götürməsinə qərar verib.

Seçilən
26
13
football-plus.az

10Mənbələr