AZ

Azərbaycanda bu məhsullar bahalaşdı

Bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının qiymətlərində qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumata görə, ötən ay iyun ilə müqayisədə çörək 0,1%, ət və ət məhsulları 1,2%, süd və süd məhsulları 0,4%, kərə və bitki yağı 0,6%, qənd 0,7%, çay 0,3% bahalaşıb.

Ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunub.

Beləliklə, iyulda bir əvvəlki aya nisbətdə meyvə1,3%, tərəvəz 6,7%, yumurta 1,1% ucuzlaşıb.

2025-ci ilin iyulda qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib.

İyulda əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Seçilən
21
23
ulusum.az

10Mənbələr