AZ

Rusiya KİV-in saytları fəaliyyətlərini DAYANDIRIB

Yazını böyüt
Yazını kiçilt

"Datahouse" hostinq provayderinin infrastrukturuna edilən güclü DDoS hücumu nəticəsində şirkətin xidmətlərindən istifadə edən bir sıra onlayn resursların işində fasilələr yaranıb. Təsirlənən saytlar arasında "Mobile-Review" və "iXBT" kimi tanınmış Rusiya media platformaları da var.

Hafta.az xəbər verir ki, bu barədə "Telekommunalka" "Telegram" kanalı məlumat verib. Bildirilib ki, hücum gecədən başlayıb.

"Datahouse.ru DDoS hücumuna məruz qalıb. Nəticədə onların öz saytı, xidmətləri və orada hostinqi olan bütün resurslar - o cümlədən "Mobile Review" və "iXBT" - əlçatan deyil", - deyə açıqlamada vurğulanıb.

Məlumatı "Mobile-Review"nun baş redaktoru Eldar Murtazin də təsdiqləyib, lakin o, səbəbin DDoS hücumu deyil, Rusiyadakı bir çox resursa qarşı marşrutlaşdırmanın qəsdən sındırılması olduğunu iddia edib:

"Bu, sadəcə texniki nasazlıq deyil, açıq şəkildə qəsdli bir hərəkətdir", - deyə Murtazin vurğulayıb.

Qeyd edilib ki, saytların işində fasilələrlə bağlı şikayətlər təxminən 11 avqust yerli vaxtla gecə saat 3:00-da başlayıb.

Seçilən
25
48
hafta.az

10Mənbələr