AZ

Trampın komandası Putinlə görüş üçün bu şəhərdə ev kirayələyib

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan danışıqlar Girdvud şəhərində baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə “Alyaska Landmine” yerli nəşri mənbəyə istinadən məlumat yayıb.

“The New York Times” isə yazıb ki, Trampın təhlükəsizlik komandası Putinlə sammit öncəsi Alyaskanın ən böyük şəhərində ev kirayələyib. Reltor Larri Disbrou qəzetə bildirib ki, ABŞ Məxfi Xidməti (Ağ Ev rəhbərinin təhlükəsizliyini təmin edir) ondan altı otaqlı ev kirayələyib.

KİV Zelenskinin Rusiya-Amerika sammitində mümkün iştirakı barədə də yazıb. Digər məlumata görə, Ukrayna prezidenti Putinlə Trampın görüşü zamanı Alyaskaya uça bilər, lakin danışıqlarda iştirak etməyəcək.

Seçilən
15
50
publika.az

10Mənbələr