AZ

JLTV zirehli maşınlarının Kanadaya satışı təsdiq olunub

ABŞ Dövlət Departamenti 160 milyon dollar dəyərindəki “Joint Light Tactical Vehicles” (JLTV) zirehli maşınlarının Kanadaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 60 ədəd JLTV zirehli maşınının satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “AM General” şirkəti olacaq.

Seçilən
1
3
poliqon.az

4Mənbələr