AZ

Makron İsrailə xəbərdarlıq etdi

Fransa Prezidenti Emmanuel Makron İsrailin Qəzza zolağı ilə bağlı planının qaçılmaz fəlakət olduğunu və görünməmiş təhlükə daşıdığını bildirib.Metbuat.az xəbər verir ki, o, bu strategiyanın Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli girovlar və zolağın mülki əhalisi arasında ciddi itkilərə səbəb olacağını vurğulayıb. Makron əlavə edib ki, İsrail hökumətindən münaqişənin davam etməsinin mülki əhalinin iztirablarını artıracağına və regionda sülhün əldə olunması şanslarını çətinləşdirəcəyinə inanaraq, daimi atəşkəs yolu ilə dərhal bu müharibəyə son qoyması tələb olunur.Fransa lideri terrorizmlə mübarizə və Qəzzada sabitliyə nail olmaq üçün BMT-nin mandat verdiyi beynəlxalq koalisiyanın yaradılmasını təklif edib, humanitar və təhlükəsizlik böhranının nəticələrini yumşaltmaq üçün beynəlxalq ictimaiyyətin əməkdaşlığının zəruriliyini vurğulayıb.

Makron İsrailin planını “elan edilmiş görünməmiş fəlakət” kimi xarakterizə edərək, insan itkilərinin qarşısını almaq və hərtərəfli siyasi həll yollarına qapı açmaq üçün təcili tədbirlər görməyin vaxtının gəldiyini qeyd edib.

Seçilən
23
36
metbuat.az

10Mənbələr