ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə əlaqədar abituriyentlərə cəmi 8 gün vaxt verilib. Bu abituriyentlərə qarşı ədalətsiz qərardır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Ekspert müddətin çox az olduğunu vurğulayıb:
"Dövlət İmtahan Mərkəzi belə bir məsuliyyətli və ağır prosesə ciddi hazırlaşmalı idi. Belə görünür ki, DİM prosesə tam hazır deyil. İkincisi, müddətin az qoyulduğu üçün abituriyentlər bir qədər problem yaşayır. Müddət niyə qoyulmalıdır ki? Məsələn, tədrisə bir həftə qalmış nəticələri elan edə bilərlər".
Məzahir Məmmədli hesab edir ki, ali təhsil müəssisələrinə qəbulla bağlı işin təşkili qüsurlu qurulub:
"İxtisas seçimi ilə bağlı 30 min abituriyent müraciət edəcək. Və bunlar üçün 8 gün müddət ayrılıb. Ədalətsizlikdir. Yəqin bunu Dövlət İmtahan Mərkəzi nəzərə alacaq və müddəti artıracaq".
Məzahir Məmmədli abituriyentlərin ixtisas seçimi ilə bağlı müddətin ən azı 3-5 gün artırılmasını məqsədəuyğun hesab edir.
Bahar Rüstəmli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.