BAKI, 11 avqust. TELEQRAF
Rusiyada buğda, arpa və qarğıdalı ixracında gömrük rüsumları 13 avqustdan etibarən ləğv ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə yeni rüsumlar 19 avqusta qədər qüvvədə olacaq.
Hazırda buğdanın ixrac rüsumu ton başına 19,4 rubl, qarğıdalının isə 371,5 rubl təşkil edir. Arpa ixracında isə artıq uzun müddətdir gömrük rüsumu tətbiq olunmur.
Qeyd edək ki, Rusiya 2 iyun 2021-ci ildən qüvvəyə mindirdiyi “taxıl amortizator mexanizmi” ilə buğda, qarğıdalı və arpa ixracında dəyişkən rüsum sistemi tətbiq edir. Rüsumlar Moskva Birjasındakı qiymətlərə əsaslanaraq həftəlik müəyyən edilir və referans qiymətlər 2023-cü ilin iyunundan 2025-ci ilin iyuluna qədər buğda üçün 17.000-18.000, arpa və qarğıdalı üçün isə 15.875-dən 17.875 rubla yüksəldilib.