AZ

Putin Xerson və Zaporojyeni “verməyə” hazırdır... Amma şərti var

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Alyaskada Trampla keçiriləcək sammitdə Putin özünün əvvəlki “sülh şərtlərini” - Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, “demilitarizasiyanı” və qismən işğal olunmuş dörd rayondan Ukrayna qoşunlarının çıxarılmasını irəli sürəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “FT” yazır.

Eyni zamanda, o, Kiyevin Rusiyaya həmin ərazidən Krıma çıxış üçün istifadə hüququverməsi şərti ilə Xerson və Zaporojye vilayətlərində Ukrayna suverenliyinin qorunub saxlanmasını istisna etmir.

Analitiklər hesab edir ki, Moskva Ukraynanın iştirakı olmadan aparılan danışıqları diplomatik qələbə kimi qiymətləndirir və əgər birtərəfli güzəştlərdən imtina edəcəyi təqdirdə Kiyevi sülhü pozmaqda günahlandırmağa çalışacaq.

Lalə,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
29
www.bakupost.az

10Mənbələr