AZ

DİQQƏT! Avtomobili idarə edən siz olmasanız da, buna görə CƏRİMƏ ÖDƏYƏCƏKSİNİZ

Azərbaycanda sürücülərin ən çox cərimə olunma səbəblərindən biri də təhlükəsizlik kəmərindən istifadə etməmələridir. Bununla yanaşı çox vaxt sərnişinlərin təhlükəsizlik kəməri taxmaması ilə bağlı da mübahisələr yaranır. 

 

Bəs təhlükəsizlik kəməri taxmayan sərnişin də DYP əməkdaşları tərəfindən cərimə oluna bilərmi?

 

Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev Referans-a açıqlamasında bildirib ki, təhlükəsizlik istifadə etməyən sürücü və sərnişinlərə Azərbaycan qanunvericiliyi ilə cərimə tətbiq olunur.

 



“Baş Dövlət Yol Polis İdarəsi tərəfindən sürücülərə daimi olaraq müraciətimizi bildiririk ki, nəqliyyat vasitəsindən istifadə zamanı mütləq şəkildə təhlükəsizlik kəmərindən istifadə olunsun. Bu, baş verəcək hər hansısa yol-nəqliyyat hadisəsi zamanı xəsarətin, eləcə də həyatını itirməyin qarşısını alır. Əgər sürücü təhlükəsizlik kəmərindən istifadə etmirsə, bu, kameralar tərəfindən aşkarlandığı zaman İnzibati Xətalar Məcəlləsinə əsasən, 40 manat məbləğində cərimə tətbiq olunur. Sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədikdə isə bu, kamera vasitəsilə deyil, sadəcə inspektor tərəfindən vizual aşkarlanma ilə müəyyən olunur. Əgər sürücünün yanında əyləşən sərnişin təhlükəsizlik kəmərini taxmırsa, yol patrul xidməti əməkdaşı tərəfindən 30 manat məbləğində cərimələnir. Burada əsas məsələ sürücülərin cərimə olunması deyil, sürücülərin maarifləndirilməsi, xəbərdar olunması məqsədilə də biz bunu hər zaman bildiririk”.

 

Fidan Vəlisoy 

Seçilən
67
50
referans.az

10Mənbələr