AZ

Rusiya Vaşinqtondakı görüşlərə müsbət qiymət verdi, nəticələrinə isə yox...


“Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, ən vacib şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınmasına əsaslanan hərtərəfli normallaşmasıdır:

“Regional təhlükəsizlik üçün bu əsas məqsədə çatmağa kömək edən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bununla əlaqədar Cənubi Qafqaz respublikalarının liderlərinin Vaşinqtonda Amerika tərəfinin vasitəçiliyi ilə görüşü müsbət qiymətləndirilməyə layiqdir”.

Mariya Zaxarovanın dediyindən belə çıxır ki, Rusiya tərəfindən görüşün nəticələri yox, görüşün özü müsbət qiymətləndirilir. Maraqlıdır, Zaxarova bu fikri ilə nə demək istəyib?

Rufiz Qonaqov: “Istənilən halda məlum görüş inkar olunmur, ancaq Rusiya tam da kənarda qalmaq istəmir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, "Perspektiv" Siyasətin Texnologiyaları İB-nin İdarə Heyətinin sədri Rufiz Qonaqov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Zaxarovanın bəyanatı Vaşinqton görüşünü rəsmən inkar etməsə də, bu üştərəfli formatda Rusiya, Ermənistan və Azərbaycan kapitulyasiya aktı imzalanıb: “Bu prosesin öz nəzarətindən çıxmaması üçün bir xatırlatma edir ki, biz də varıq və bu ilk dəfə Rusiyanın vasitəçili ilə edilib. Ancaq başadüşüləndir ki, Rusiyada məlum məsələ ilə bağlı qıcıq var. Paşinyanın özü də bəyan etdi ki, Vaşinqtondan öncə sülh müqaviləsində vasitəçilik Rusiyaya təklif olunmuşdu. Ancaq o bu məsələdə kənarda qaldı. Istənilən halda məlum görüş inkar olunmur, ancaq Rusiya tam da kənarda qalmaq istəmir. Hansısa prosesdə bu sülh prosesində iştirak etmək istəyir. Onlar bu hadisədə iştirak edəcəklərinə ümid edir. Azərbaycan və Ermənistan məlum məsələ ilə bağlı qərar qəbul edibsə, bəyannamə imzalanıbsa, demək ki, bunun davamı da olacaq. Azərbaycanın şərtləri yerinə yetiriləcək”.

Faiq Balabəyli: “Əzəli və əbədi siyasəti soyğunçuluq, basqınçılıq, işğal olan bir dövlət, yəni Rusiya bununla barışmaq istəmir”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli də "Bakı-Xəbər"ə açıqlamasında bunları bildirdi: “Əvvəlcə xanım Zaxarovanın bu fikrinə nəzər salaq: “Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır”. Bu artıq illərdir Rusiya tərəfindən səsləndirilən şablon fikirlərdir. Eyni zamanda ən vacib şərtlərdən biri kimiAzərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınmasına əsaslanaraqhərtərəfli normallaşması haqda dediklərinə gəldikdə, bu da Zaxarovanın ümumi olaraq gəlişi xoş olan sözləri ilə ifadə olunmadır. Məsələ ondadır ki, 200 ildən çoxdur regional təhlükəsizlik istiqamətində edilən səyləri, danışıqları məhz qonşu Rusiya dəstəkləmir və əksinə, aranı daha çox qızışdırır, gərginlik yaradır.Ermənistan adlanan ölkə ərazisinə görə Rusiyanın və digər türkə düşmən olan dövlətlərin ortalığa çıxardığı bir dövlətdir. Millət olaraq isə ermənilərin özləri, türkün məşhur məsəlində deyildiyi kimi, damazlığı yüz yerdən götürülən qarışıq canlılardır, əlbəttə adam formasında. Ona görə də Rusiya və başqa Türkə düşmən olan millətlər, dövlətlər tərəfindən qızışdırılıb, bütünlüklə regiona asi hala gətiriliblər.

Zaxarovanın fikirlərinə əsaslanaraq birmənalı olaraq demək olar ki, hadisələrin son gedişi bu bölgənin siyasi elitası, hakimiyyətin özü tərəfindən gözlənilməz idi. Söhbəti hər hansı bir görüş səviyyəsinə endirib də bu görüşü dəyərləndirmələrinin özü belə onlarda çox böyük qıcığa səbəb olduğunu göstərir. Sözsüz, əzəli və əbədi siyasəti soyğunçuluq, basqınçılıq, işğal olan bir dövlət, yəni Rusiya bununla barışmaq istəmir. Əlbəttə ki, təxribata əl atacaq, günahsəz insanları öldürəcəklər, həbs etdirəcək, sərvətlərini əllərindən alacaqlar. Hansı ki, son iki ayda azərbaycanlılara qarşı bu geniş miqyasda həyata keçirilir.

Üstəlik Ermənistana bel bağlamaq, onların ipinin üstünə odun yığmaq da çətin məsələdir. Biz də çox ehtiyatlı olmalıyıq. Hazırkı erməni iqtidarı Rusiyanın məkrli siyasətini görə bildisə, onlardan üz çevirdisə, ermənilərin acgözlüyü, qonşu xalqlara torpaq iddiası Rusiyaya meylliliyi artıra bilər. Lakin Azərbaycanın dəmir yumruğunun ağrısını öz üzərlərində hiss edirlər deyə Rusiya məkrindən də əzab çəkdiklərini hiss edirlər.

O ki qaldı Zaxarovanın fikrinə, əslində bu, tarixi bir addım olan və yaxın günlərdə bağlanacaq sülh sazişinə, Zəngəzur dəhlizinə bu qədər yaxınlıqdan yaranan əsəbilikdir. Cənubi Qafqazdan mövqe itkisinin yandırıcı halıdır. Həm də hər iki xalqın sadə nümayəndələrinə diqtə etmək niyyətidir”.

Günel CƏLİLOVA

Seçilən
22
27
baki-xeber.com

10Mənbələr