AZ

“ABŞ Azərbaycan əlaqələri yeni bir “qızıl dövrünü” yaşayır”

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda olublar. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi paraflanıb”. Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.O deyib ki, burada əsas məsələ ABŞ və Azərbaycan arasında strateji əlaqələrin təməlinin qoyulmasıdır:“İkinci Qarabağ müharibəsindən sonra artıq yeni bir siyasi nizam formalaşıb. ABŞ-ın regiona baxışı çox əsaslı dərəcədə dəyişib. ABŞ-la Azərbaycan arasında strateji ittifaqın xəritəsini hazırlayan işçi qrupun fəaliyyəti müşahidə olunur və növbəti mərhələdə ABŞ-Azərbaycan strateji əlaqələrinin yeni bir mərhələsi başlayacaq.  Təhlükəsizlik, nəqliyyat sahəsində əməkdaşlıq, enerji, yaşıl enerji, həmçinin BMT, terrorizmlə mübarizə, kibertəhlükəsizlik kimi məsələlər ön plana çıxır.  ABŞ-Azərbaycan əlaqələri yeni bir “qızıl dövrünü” yaşayır və 8 avqust tarixi Cənubi Qafqazla birlikdə Mərkəzi Asiya və ümumilikdə Avrasiya regionunda yeni geosiyasi dəyişikliklərin başlanğıcı kimi tarixə düşdü”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
50
demokrat.az

10Mənbələr