AZ

Şəmkirdə qəza: “VAZ”la toqquşan yük maşını aşdı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Şəmkir rayonu, Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 9-da günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-LZ-695 dövlət nömrə nişanlı “QAZ-3302” markalı yük maşını, “VAZ-2106” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb yüksək sürət və manevr qaydasının pozulması olub. Zərbənin təsirindən “VAZ”a çırpılan yük maşını aşıb. Digər nəqliyyat vasitəsinə də ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
18
avtosfer.az

1Mənbələr