AZ

Azərbaycanlı mer namizədi oldu

Daur İsmayılov hakim "Gürcü Arzusu" partiyasının onu Marneuli merliyinə namizəd olaraq irəli sürüldüyünü açıqlayıb.

XəzərNews.az xəbər verir ki, o bu barədə Facebook sosial şəbəkəsində paylaşım edib.

"Bu gün "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyası məni Marneuli Bələdiyyəsinin meri vəzifəsinə namizəd kimi irəli sürdü. Göstərilən etimada görə partiyaya səmimi təşəkkürümü bildirirəm. Gürcüstanda sülh! Marneulidə daha çox inkişaf", - deyə D. İsmayılov qeyd edib.

Xatırladaq ki, 1994-cü ildə anadan olan D.İsmayılov hazırda Marneuli Bələdiyyə Məclisində çalışır. Onun atası, iş adamı İntiqam İsmayılovun mərkəzi hakimiyyət nümayəndələri ilə yaxın əlaqələrinin olduğu bildirilir.


Xəbər 6 dəfə oxunub.
Seçilən
41
10
xezernews.az

10Mənbələr