AZ

1265-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1265-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 76 467 PUA-sı, 625 zenit-raket kompleksi, 24 539 tank və digər zirehli texnikası, 1 585 reaktiv yaylım atəş sistemi, 28 387 artilleriya və minaatanı, 39 500 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
33
50
axar.az

10Mənbələr